İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 31 580 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.
Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.