Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 92 150 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulanların 2346-sı əkiz, 63-ü üçəm, 4-ü isə dördəmdir.

On ay ərzində ölkədə 62 151 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,4 təşkil edib.