“TRT Avaz”ın Azərbaycanda səfərdə olan rəhbəri Sedat Sağırkaya və kanalın əməkdaşı Gökçen Oğan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Rövşən Məmmədovla görüşüb.

Görüşdə TRT ilə AzTV arasında əməkdaşlıq, ortaq media platforması məsələsi gündəmə gətirildi. İki qardaş ölkənin ana televiziyalarının yeni ortaq layihələr üzərində çalışmaları barədə ətraflı fikir mübadiləsi aparılıb, perspektivlər dəyərləndirilib.