Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Baş Assambleyasının 59-cu sessiyası davam edir.
Sessiyada beynəlxalq əqli mülkiyyət sisteminin inkişaf istiqamətləri müzakirə edilib, müxtəlif komitələrin hesabatları dinlənilib, regional qrup və üzv dövlətlərin nümayəndələrinin çıxışları olub.
Sessiyada ədəbi və bədii əsərlərin qorunması üzrə Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına sədrlik ölkəmizə həvalə olunub. Seçkidə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bern Konvensiyası Assambleyasına sədr seçilib. Bern Konvensiyası əqli mülkiyyət üzrə ən mühüm konvesiyalardan biridir. Azərbaycan nümayəndəsinin Assambleyaya sədr seçilməsi ölkəmizin bu sahədə gördüyü genişmiqyaslı işlərin nəticəsidir.
Sessiya oktyabrın 9-da yekunlaşacaq.
Nemət Əkbərli
Azərbaycan Televiziyasının Qərbi Avropa bürosu
Cenevrə, İsveçrə