Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Nazirlikdən verilən məlumata görə, əmrə əsasən, yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.