Təsdiq olunmuş müqaviləyə əsasən, 2022-ci ildə Azərbaycana 3 milyon 280 min doza vaksinin gətirilməsi nəzərdə tutulur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, gətirilməsi nəzərdə tutulan vaksinin 3 milyon 200 min dozasını “CoronaVac”, 80 min dozasını isə “Sputnik V” vaksini təşkil edir.
Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “CoronaVac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.