Bu gündən peyvəndlənməyə dair yeni tələblər qüvvəyə minib.

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət orqanlarının bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən sertifikatının olması tələb edilir.