Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan soydaşlarımızın təxliyəsi üçün Azərbaycan dövlət tərəfindən iki çarter reysi təşkil edilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rumıniya ərazisindən reallaşdırılan çarter reyslərindən birincisi bu gün səhər saatlarında Türkiyənin "Tailvind" şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşını gətirib. 174 vətəndaş isə ikinci reyslə gələcək. Həmin təyyarə bu gün təqribən saat 23:00-dan sonra Bakıya eniş edəcək.