Prezident İlham Əliyevin tapşırığına əsasən, AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reysləri yerinə yetirir.

Təxliyə reysləri ilə daşınma ödənişsiz həyata keçirilir. Yassı Beynəlxalq Hava Limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu bu gün yerli vaxtla səhər saat 11:00-a dəyişdirilib. Həmvətənlərimizin daşınmasını həyata keçirən AZAL-ın təxliyə reysinin Bakıya gəlişi yerli vaxtla saat 16-da nəzərdə tutulub.