Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 787 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 nəfər vəfat edib, aktiv xəstə sayı 6 934 nəfərdir. Ölkədə son sutka ərzində 6 847, hazırkı dövrədək isə 6 579 163 test aparılıb.