Azərbaycanın 170 vətəndaşı Ukraynanın Odessa şəhərindən təxliyə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) bildirilib ki, bu barədə Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib. Deyib ki, bu gün 170 soydaşımız DİDK-nın və diaspor təşkilatlarının dəstəyi ilə Odessada yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb. Onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığına əsasən digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.