Xarkov şəhərindən 500-dən artıq həmvətənimiz təhlükəsiz bölgələrə evakuasiya edilib.
Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan bildirilib ki, evakuasiya Xarkov vilayət administrasiyası və dəmiryolu idarəsi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Qeyd edək ki, ötən gün Xarkova atılan raketlərdən biri konsulluq binasına yaxın əraziyə düşüb. Partlayışın zərbəsindən konsulluq binasının şüşələrinə zərər dəyib. Buna baxmayaraq, konsulluq 24 saatlıq iş rejimində fəaliyyətini davam etdirir. Konsulluq fəaliyyətini ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatı əsasında həyata keçirir.