Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edilib.
Ərizələrin qəbulu bu gündən martın 17-dək internet vasitəsilə aparılır. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə təşkil edilir. İmtahanın ikinci mərhələsinin iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu halda abituriyentlər hər iki cəhd üzrə iştirak edə bilərlər. Abituriyentlər eyni zamanda həm I-IV qruplara, həm V qrupa aid ixtisaslar, həm də kolleclər üzrə müsabiqədə iştirak edə bilərlər.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.