Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 789 332 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 nəfər vəfat edib, aktiv xəstə sayı 4 539 nəfərdir. Ölkədə son sutka ərzində 6 284, hazırkı dövrədək isə 6 599 806 test aparılıb.