2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.
Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin təqvimində daha əvvəl birinci siniflərə şagird qəbulunun aprelin 1-dən sentyabrın 14-nə qədər aparılacağı qeyd edilmişdi.