Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 2022/2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına əsasən, 18 yaşı mayın 1-dən sonra tamam olacaq əvvəlki ilin məzunlarına bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak üçün imkan yaradılıb. Sənəd qəbulu zamanı vətəndaşların hərbi vəzifəsi ilə bağlı Xidmətin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiqlənir.