Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb.

Sərnişinlər biletləri “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 64 reys həyata keçirilib. Ümumilikdə 2800-dən çox sərnişin səfər edib. Hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmini məqsədilə martın 15-16-da Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysləri təxirə salınıb. Həmin reyslər aprelin 7-8-də həyata keçiriləcək.