“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda səfərdə olan "Türkiyə Radio Televiziya Qurumu”nun əməkdaşları Teleradio Akademiyasında tədris prosesində iştirak ediblər.

"TRT 1” kanalının müxtəlif sahələr üzrə mütəxəssisləri – Fateh Şahingöz, Bahadır Avşar, Çağrı Şahin, Alp Arslan, Süleyman Çağrı və rejissor və montaj qrupu müdavimlərə dərs keçiblər.

Qeyd edək ki, TRT-nin əməkdaşları Azərbaycan Televiziyasında 2 həftəlik təlimlərə gəliblər. Onlar AzTV-nin müxtəlif sahələr üzrə əməkdaşları ilə təcrübə mübadiləsi aparırlar.