Martın 19-da İçərişəhər ərazisində təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, açılış saat 17:00-da canlı musiqilər, alov şousu ilə başlayacaq. Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək.