Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 55 yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 791 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 741 nəfər müalicə olunaraq sağalıb, 9 min 681 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 313, bu günə qədər isə ümumilikdə 6 milyon 685 min 296 test icra olunub.