UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib.

Londonda “Çelsi”ni məğlub edən “Real” öz meydanında uduzsa da, ən güclü 4 komanda sırasına çıxa bilib. “Vilyarreal” isə sensasiya müəllifi kimi fərqlənib. “Bavariya” isə futbol həvəskarlarını təəccübləndirib. Yulian Nagelsmanın komandası “Vilyarreal”a ilk oyunda minimal hesabla uduzandan sonra rəqibini Münhendə qəbul edib. Qarşılaşma 1:1 hesabla başa çatıb. 2 oyunun nəticəsinə əsasən “Vilyarreal” 2:1 hesabilə qalib gələrək yarımfinala çıxıb.