Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb

20 May, 17:08 Sosial mediada paylaşın:

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 12 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 945 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 228, bu günə qədər isə ümumilikdə 6 milyon 867 min 409 test icra olunub.

CANLI YAYIM