27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi davam edir

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi davam edir

2 İyun, 17:05 Sosial mediada paylaşın:

Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi davam edir.

Sərginin ikinci günü iştirakçılar və ziyarətçilər üçün müxtəlif mövzularda sessiyalar təşkil edilib.

Belə ki, “Neft və qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Bərpa olunan enerji”, “Elektrik sənayesində qadınlar” və digər mövzularda keçirilən sessiyalarda neft-qaz sektoru ilə bağlı mütəxəssislərin təqdimatları maraqla qarşılanıb.

Qeyd edək ki, Xəzər regionunun enerji sektorunda ən böyük tədbirlərdən sayılan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi iyunun 3-də başa çatacaq. Sərgidə 31 ölkədən 250 şirkət iştirak edir.

Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan sərgi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirilər.

CANLI YAYIM