Ukraynada müharibənin 100-cü günü

Ukraynada müharibənin 100-cü günü

3 İyun, 11:21 Sosial mediada paylaşın:

Ukraynada müharibənin 100-cü günüdür. Prezident Volodimir Zelenski ənənəvi videomüraciətində son vəziyyətlə bağlı məlumat verib.

Bildirib ki, son sutkada Donbasdakı vəziyyətdə ciddi dəyişiklik qeydə alınmayıb. V.Zelenskinin sözlərinə görə, Severodonetskdə gedən döyüşlərdə müəyyən uğurların olmasına baxmayaraq, bu barədə danışmaq hələ tezdir, orada vəziyyət gərgindir. O, Lisiçansk, Baxmut və digər şəhərlərin intensiv hücumlara məruz qaldığını qeyd edib.

Ukraynadakı müharibə ilə əlaqədar tətbiq olunan sanksiyalar genişləndirilir. ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusun 71 şirkətinə qarşı məhdudiyyət tədbirləri tətbiq edib. Siyahıda aviasiya zavodları, gəmiqayırma və elmi-tədqiqat institutları, eləcə də Rusiya Elmlər Akademiyası yer alıb. Yenilənmiş sanksiyalar siyahısında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da var. Avropa Parlamenti isə Rusiya şirkətlərinin nümayəndələrinin qanunverici orqanın binasına daxil olmasına qadağa qoyur. Bu barədə Parlamentin prezidenti Roberta Metsola tvitter hesabında yazıb. Məqsəd müharibə ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısını almaqdır. Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar ölkə iqtiadiyyatına kəskin neqativ təsir göstərir. Bu barədə Almaniyanın iqtisadiyyat naziri və vitse-kansler Robert Habek açıqlama verib. Onun sözlərinə görə, son aylarda iqtisadi sanksiyalara qoşulmuş ölkələrdən Rusiyaya ixrac 53%, sanksiyaları dəstəkləməyən ölkələrdən isə 45% azalıb.

CANLI YAYIM