Bu gün saat 14:30-da Azərbaycan Televiziyasının “Rakurs” verilişində Ətayə Ələmdarqızının təqdimatında “Azərbaycanda reklam ekosisteminin inkişaf səviyyəsi və çöl reklamlarına vahid nəzarət forması” müzakirə olunacaq.

Verilişin qonaqları ADRA-nın direktor müavini Orxan Əliyev, Sahibkarlar Konfederasiyasının sədr müavini Vüqar Zeynalov və reklam monitorinqi üzrə ekspert Əşrəf Hacıyev mövzu ətrafında yaranan sualları cavablandıracaqlar.

Bu gün saat 14:30-da “Rakurs” verilişinə baxmağı unutmayın!