Azərbaycan və Rusiya müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

Azərbaycan və Rusiya müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

2 Avqust, 19:40 Sosial mediada paylaşın:

Müdafiə Nazirliyi Azərbaycan və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığına dair məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Məlumata görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

CANLI YAYIM