Prezident İlham Əliyev Faiq Əli oğlu Qarayevin 2 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZTV.AZ xəbər verir ki, F.Qarayev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb.
Qeyd edək ki, 1984-cü ildən voleybol məşqçisi kimi fəaliyyətə başlayan F.Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş “Neftçi”) 1987-ci ildə SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90 mövsümündə bürünc mükafata yiyələnib.
Onun məşqçiliyi altında Azərreyl QVK 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb.
2015-ci ildə Azərbaycan qadın milli voleybol komandasının məşqçisi təyin olunub.
F.Qarayev eyni zamanda Azərbaycan Voleybol Federasiyasında 1-ci vitse-prezident vəzifəsində çalışır.