Azərbaycan Xarici İşlər Nazirliyi Seul şəhərində baş vermiş insan tələfatı ilə bağlı Koreya Respublikasına başsağlığı verib.
Bununla bağlı Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib. Paylaşımda qeyd olunub:
“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzu edirik”.