Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.

Bununla bağlı məsələ parlamentin noyabrın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda ümumilikdə 21 məsələnin müzakirəsi nəzərdə tutulub. 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı ilə yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsinə dair layihə də 3-cü oxunuşda müzakirəyə çıxarılacaq.