Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.