Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

22 Yanvar, 13:00 Sosial mediada paylaşın:

Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib.

Tünzalə Əliyeva uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Daha sonra Gəncə Televiziyasında, Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. T.Əliyeva Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyli, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. O, sonradan öz fəaliyyətini bir sıra televiziya verilişlərinin aparıcısı kimi davam etdirib.

CANLI YAYIM