Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bunu M.Çavuşoğlu deyib.

"Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramov zəng etmişdi. Türkiyəyə gəlmək istədiyini dedi", - nazir söyləyib.

O həmçinin bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərif də Türkiyəyə səfər etmək istəyib.