Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

24 Fevral, 15:20 Sosial mediada paylaşın:

Azərbaycanın Küveytdəki səfirliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfir Emil Kərimov ötən əsrdə xalqımızın dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalması barədə məlumat verib. Bildirib ki, azərbaycanlılar tarixi torpaqları olan indiki Ermənistandan qovulub, 20 Yanvar faciəsi, Qarabağ müharibəsi, Xocalı soyqırımı, eləcə də Ağdaban, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım kimi qətliamları və bir sıra digər faciələri yaşayıb. Tədbirdə Xocalı faciəsinin dünyanın bir çox ölkələri tərəfindən soyqırımı və qətliam kimi tanındığı vurğulanıb. Sonra soyqırımına həsr olunan “Məhv edilmiş şəhər” sənədli filmi izlənilib.

CANLI YAYIM