Azərbaycanda iqtisadi artıma dair proqnoz

Azərbaycanda iqtisadi artıma dair proqnoz

4 Aprel, 09:49 Sosial mediada paylaşın:

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,5 % çox olacağını proqnozlaşdırır.

Bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.

Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0,7 faiz bəndi çoxdur.

Bank gələn il isə Azərbaycanda 3,8 % iqtisadi artım gözləyir.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,4 % (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,6 % böyüyəcəyini proqnozlaşdırır.

CANLI YAYIM