İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə əlaqədar qərar layihəsi Milli Məclisdə təsdiqlənib.
Bununla bağlı məsələ parlamentin aprelin 4-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.