Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

Bu barədə İrəvanın “Hraparak” qəzetinə istinadən AzTV-nin "Əsas məsələ" proqramında məlumat verilib.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.