Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar Azərbaycanda keçiriləcək səsvermənin vaxtı açıqlanıb.

Seçkilərin ikinci turu ilə əlaqədar Azərbaycanda səsvermə mayın 20-22-də keçiriləcək.

Bu barədə Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciətində bildirilib.

Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verə biləcəklər.