Kanada mediası Azərbaycandakı mina böhranından yazıb

Kanada mediası Azərbaycandakı mina böhranından yazıb

19 May, 09:13 Sosial mediada paylaşın:

Kanadanın https://www.thej.ca xəbər portalında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanda yaranmış mina böhranına diqqət cəlb edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə bilirilib ki, Ermənistanın 1991–2020-ci illəri əhatə etmiş hərbi işğalı dövründə Azərbaycanda kütləvi şəkildə basdırılmış minalar mülki əhali üçün ciddi təhlükə mənbəyi kimi qalmaqdadır. Azərbaycanın Tərtər rayonunda minalardan təmizləmə sahəsində çalışan 3 gəncin 2023-cü il aprelin 28-də növbəti mina partlayışı nəticəsində həlak olduğu buna misal gətirilib.

2020-ci ilin payızında baş vermis 44 günlük Vətən müharibəsinin Ermənistanın işğalına son qoyduğu, cari məlumatlara görə, 147 min 988 hektar ərazinin yüksək çirklənmə, 675 min 570 hekatr ərazinin isə orta və aşağı təhlükə zonaları hesab olunduğu diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycanda 168 mina partlayış nəticəsində 288 nəfərin həlak oluub və ya yaralanıb. Həmçinin 2022-ci ilin avqustunda Azərbaycanın Laçın, Kəlbəcər və Daşkəsən rayonlarında aşkar edilmiş 3166 minanın Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunduğu bildirilib.

Bu problemə baxmayaraq, Azərbaycanın Ottava Konvensiyasının məqsədini ardıcıl olaraq dəstəklədiyi, onun həyata keçirilməsinə öz töhfəsini verdiyi vurğulanıb. Lakin Konvensiyada başqa dövlətlərin ərazisinə mina yerləşdirən ölkənin məsuliyyətinə aydınlıq gətirilməməsi məqamını Azərbaycanın ciddi qüsur adlandırdığı vurğulanıb.

CANLI YAYIM