Azərbaycan Televiziyasında daha bir yenilik

Azərbaycan Televiziyasında daha bir yenilik

1 İyun, 09:49 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının elektron arxiv sistemi artıq istifadəyə hazırdır...

Elektron arxivin yaradılması prosesi 3 istiqamətdə aparılıb. İlkin mərhələdə infrastruktur qurulub. Bura, yeni nəsil server avadanlıqları və yaddaş qurğuları daxildir. Daha sonra şəbəkə avadanlıqlarının qurulması eləcə də şəbəkə təhlükəsizliyinin yaradılması həyata keçirilib. Sonda isə elektron arxiv proqram təminatı  hazırlanıb. Layihə kifayət qədər mürəkkəb və əhəmiyyətlidir.

Televiziyanın bir əsirlik tarixinin rəqəmsallaşdırılması prosesi Prezident İlham Əliyevin sərəncamı ilə bu məqsəd üçün  ayrılan 1 milyon manat vəsaitdən yararlanmaqla, həm də qısa müddətdə reallaşdırılıb. 

Qeyd edək ki, Azərbaycan Televiziyasında AzTV-TİKA əməkdaşlığı  nəticəsində “Qızıl Fondu rəqəmsallaşdırma mərkəzi” yaradılıb. Burada Da Vinçi adlanan proqram vasitəsilə görüntü rəqəmsallaşdırılaraq HD formatına köçürülür. Yeganə Azərbaycan Televiziyasında olan bu sistemlə görüntüləri 4 və 8 K-ya çevirmək mümkündür.

CANLI YAYIM