Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.

Bu barədə Ağdama ezam olunmuş əməkdaşımız xəbər verir.

Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.

Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.