Rusiyadan olan erməni etnik qrupunun nümayəndəsi Kirill Gevorkyan BMT Beynəlxalq Məhkəməsinin heyətinə təkrar hakim seçilməyib.

Bu barədə “Qolos Amerika” məlumat yayıb.

Bildirilib ki, 1946-cı ildən ilk dəfədir SSRİ-nin, yaxud indiki halda onun varisi Rusiyanın nümayəndəsi Beynəlxalq Məhkəmənin heyətinə daxil edilmir.

Məlumata görə, Kiril Gevorkyan 2015-2021-ci ildə məhkəmənin üzvü və vitse-prezident olub. Onu Şərqi Avropadan Rumıniyanın nümayəndəsi Boqdan Auresku əvəzləyəcək.

Onunla yanaşı, Beynəlxalq Məhkəmədə ABŞ-dən Sara Hall Klivlend, Meksikadan Xuan Manuel Qomes Robledo Verdusko və Cənubi Afrika Respublikasından Dire Tladi yeni hakim olaraq təmsil olunacaqlar.

Qeyd edək ki, BMT-nin Beynəlxalq Məhkəməsi 9 illiyə seçilən 15, hər il seçilən 5 hakimdən ibarətdir. Hakimlərin seçilmək üçün BMT Baş Assambleyasının (97 səs) və Təhlükəsizlik Şurasının (8 səs) mütləq səs çoxluğunu qazanmalıdırlar.