Xankəndi stadionunda "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri artıq yekunlaşıb.
Stadionunda yeni oturacaqların quraşdırılması başa çatıb. Tribunada oturacaqların üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır" və "Xankəndi" sözləri yazılıb. Bundan başqa, stadionda elektron reklam lövhələri də yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.