Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin Laçına səfəri çərçivəsində Həkəri çayı sahilində "Xalça belə yarandı" adlı sərginin açılışı olub.
Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.