Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir.

Bu fikri iyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

“Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik”, - deyə Rusiya dövlətinin başçısı qeyd edib.