Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə “Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZTV.AZ xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Dünya Dini Liderlərinin II Bakı Sammitinin əhəmiyyətinə toxunulub. Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Qafqaz dini liderləri arasında sıx münasibətlər region xalqları üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan nümayəndə heyəti Nalçikə səfəri çərçivəsində Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokovla görüşüb. Allahşükür Paşazadə diqqətə çatdırıb ki, faşizmə qarşı birgə mübarizə aparılmalıdır. Kazbek Kokov Rusiya və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın inkişafından danışıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olmaqla bərabər, beynəlxalq müstəvidə də uğurla inkişaf etdiyini bildirib.