“Azərbaycanın orqanik xəritəsi hazırlanacaq. Milli sortlarımız beynəlxalq bazarlarda daha geniş şəkildə tanıdılmalıdır”.
Bu barədə Bakıda keçirilən “Ölkəmizin orqanik məhsul istehsalı və ixrac potensialı” mövzusuna həsr olunan konfransda bildirilib.
Tədbirdə xüsusilə bölgələrdə ekoloji təmiz məhsul istehsaletmə potensialı olan fiziki və hüquqi şəxslərin ixrac və investisiya təşviqi imkanlarının artırılması, eləcə də beynəlxalq səviyyəli orqanik məhsul sərgilərində iştirakına dəstək məsələləri müzakirə olunub.
Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları Assosiasiyanın AZPROMO ilə birgə təşkil etdiyi tədbirdə bu sahədə fəaliyyət göstərən assosiasiyalar arasında anlaşma memorandumları imzalanıb.