Prezident İlham Əliyev Vaqif Məcid oğlu Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, o, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə bu ordenə layiq  görülüb.

Məlumat üçün bildirək ki, V.Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, kimya üzrə elmlər doktorudur.