Prezident İlham Əliyev Hüseyn Şərif oğlu Mövsümovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, o, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.