“ASAN xidmət”ə 35 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu müraciət 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Ziya İslamov və Leyla İslamova tərəfindən edilib. Onlar Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətindən yararlanıblar.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslamovlar ailəsinə bu münasibətlə təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib.