Xəbər verdiyimiz kimi, dünən ölkə başçısının iştirakı ilə Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillər, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillər təqdim olunub.
Mənzillə təmin olunan ailənin sayı 96-dır. Mənzillər Qarabağ qazilərinə, şəhid ailələrinə təqdim edilib. Bu mənzillərdən 36-sı 1, 48-i 2, 12-si 3 otaqlıdır.
Buradakı mənzillərin hər biri tam təmir olunub.
Yeni mənzillə təmin olunanlar təəssüratlarını Azərbaycan Televiziyasının əməkdaşı Vüsal Qaraca ilə bölüşüb.
Ətraflı videoreportajda baxa bilərsiniz.